AZ

Fransada bu səbəbdən aviareyslər LƏĞV EDİLDİ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransada, başda paytaxt Paris olmaqla müxtəlif şəhərlərdə hava limanı işçilərinin tətilə çıxması səbəbilə 3 və 4 iyul tarixlərində bəzi uçuşlar ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Mülki Aviasiya Baş İdarəsinin (DGAC) tələbiylə 3 iyulda Paris bölgəsindəki Charles de Gaulle, Orly və Beauvais hava limanlarında uçuşların 25 faizi, Lion, Marsel, Montpellier, Ajaccio və Figari hava limanlarında uçuşların 30 faizi, Nitsa, Bastia və Calvi hava limanlarında isə uçuşların 50 faizi ləğv edilib.

4 iyulda isə Charles de Gaulle, Orly və Beauvais hava limanlarında uçuşların 40 faizi ləğv ediləcək.

Qeyd edək ki, tətil, hava nəqliyyatı nəzarət xidmətləri işçilərinin iş şəraiti və işçi çatışmazlığı kimi problemlərə diqqət çəkmək məqsədilə təşkil edilib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
cebheinfo.az

10Mənbələr