Bakı. Trend:
Avropaya daxil olmuş hərarət dalğası yeni rekordlar vurmaqdadır:qitənin bəzi yerlərində temperatur artıq 40 dərəcə selsiniötməkdədir.
Trend bu barədə“Euronews”a istinadən xəbər verir.
Türkiyə
Türkiyədə havaların isti və quraq keçməsi, digər yandanküləklərin şiddətlənməsi İzmir və İstanbulda meşə yanğındalarınayol açıb. Yanğın ocaqlarının söndürülməsinə yüzlərlə xilasedici, ocümlədən xeyli saydan yanğınsöndürmə təyyarəsi və helikopteri cəlbolunub. On minlərlə insan yaşadıqları ərazilər tərk etməkməcburiyyətində qalıb.
İtaliya
Sinoptiklərin proqnozlarına görə, bu gün (4 iyul) İtaliyadaəvvəlki günlərdən də isti hava şəraiti gözlənilir. İtaliyanınsəhiyyə nazirliyi ölkənin 27 iri şəhərindən 17-də anomal yüksəktemperaturun qeydə alındığını və həftənin əvvəlindən etibarən azı 5nəfərin həyatını itirdiyini bildirib.
İtaliyanın şimalında yerləşən Boltsano şəhərində anormal istilər– temperaturun +37 dərəcəyə çatması halları getdikcə daha tez-tezmüşahidə olunur. Şəhər təpəlik ərazidə yerləşir və buradayaşıllıqların azlığı istinin daha da artmasına səbəb olur. Xüsusiləsənaye rayonlarında vəziyyət mürəkkəbdir – bəzi yerlərdə temperaturo qədər yüksəkdir ki, hətta asfalt örtüyü də əriyir.
Avstriya
Avstriyada isə cümə axşamı ekstremal istilər davam edib –havanın temperaturu bəzi bölgələrdə 38 dərəcəyə qədər yüksəlib.Zaltsburqda turistlər kondisionerli və ventilyatorlu qapalıməkanlarda istidən sığınacaq axtarıblar.
İsti hava dalğası şəhərsalma problemlərini üzə çıxarıb, xüsusilədə yaşıllığın az olduğu sıx tikililər yerləşən rayonlarda. Böyükbeton konstruksiyalar və kölgənin olmaması şəhərin bəzi əraziləriniyaşamaq üçün son dərəcə çətin hala gətirib.
Son onilliklərdə Zaltsburqda 30°C-ni keçən isti günlərin sayıiki dəfə artıb – ildə 10 gündən təxminən 20 günə çatıb.
İsti hava və quraqlıq meşə yanğınlarının yaranma riskini dəartırıb. Yuxarı Avstriyada bir neçə yanğın halı qeydə alınıb