AZ

Avropada rekord həddə istilər müşahidə olunur

Avropa boğucu isti hava dalğası ilə üz-üzədir. İspaniya, Yunanıstan və İtaliyada havanın temperaturu 40 dərəcəni keçib. Mərkəzi Avropa ölkələrinə də təsir edən həddindən artıq yüksək temperatur qeydə alınıb, İspaniya Meteorologiya Agentliyinin (Aemet) məlumatına görə, bu, iyunun sonu üçün anomal hava şəraitidir.

İspaniyanın “ABC” nəşri yazır ki, Krallıqda ilin bu fəsli üçün havanın temperaturu normadan 15 dərəcəyə qədər yüksək olub, Aralıq dənizi isə iyunun orta göstəricisindən 5-6 dərəcə çox istiləşib. Fransanın cənubunda və İtaliyada tropik gecələr 25 dərəcəyə, Balear adalarında isə 25, 26 və hətta 27 dərəcəyə çatan aşağı səviyyələr də daha az qorxulu deyil. İtaliyada bu güclü istilər nəticəsində 47 yaşlı inşaat işçisi və 70 yaşlı kişi dünyasını dəyişib.

İspan meteoroloqu Fransisko Martinin sözlərinə görə, iyunun 29 və 30-da Aralıq dənizində 38 il ərzində müşahidə olunmayan anormal hava və su temperaturları qeydə alınıb. “Tədqiqatlar göstərir ki, iyun ayının sonunda həm dənizdə, həm də havada daha ekstremal, geniş isti hava dalğasının arxasında iqlim dəyişikliyi dayanır”, -deyə o qeyd edib.

İstilik qübbəsi Böyük Britaniya, Almaniya, Fransa, Şimali Makedoniya, Hollandiya - demək olar ki, bütün mərkəzi və cənubi Avropanı əhatə edir. Serbiyada XIX əsrdə müşahidələr başlayandan bəri ən yüksək rekord temperatur qeydə alınıb və şənbə Sloveniyada analoji dövrdə iyun ayının ən isti günü olub.

Kataloniyada həddindən artıq istilərlə bağlı xəbərdarlıq çərşənbə gününə qədər qüvvədə qalacaq. Kastiliya və Leonda da fırtınalarla müşayiət olunan həddindən artıq istilər gözlənilir ki, bu da sərinləmək əvəzinə, güclü küləklər səbəbindən meşə yanğınlarına səbəb olur və dolu yağması üzündən məhsullar üçün ciddi problemə çevrilir. Salamanka yaylasında, Valyadolid və Zamorada, Burqosun şimalında və Avilanın cənubunda temperaturun 38 dərəcə Selsiyə çatması ehtimalı ilə bu bölgənin çox hissəsi dünəndən “sarı” kateqoriyalı həyəcan vəziyyətindədir.

Seçilən
12
32
xezerxeber.az

10Mənbələr