AZ

Barselonada son 100 ilin ən isti iyun ayı yaşanıb

Barselonada son 100 ilin ən isti iyun ayı yaşanıb

İspaniyanın şərqində yerləşən Barselona şəhərində son 100 ilin ən isti iyun ayı qeydə alınıb.

İspaniya Meteorologiya İnstitutu (AEMET) Barselonada temperatur qeydlərinin aparılmağa başlandığı 1914-cü ildən bəri ən isti iyun ayının yaşandığını açıqlayıb.

Bu il iyun ayında ortalama temperaturun 26 dərəcəyə çatdığı qeyd olunan açıqlamada əvvəlki ən isti iyun ayının isə 25,6 dərəcə ilə 2003-cü ildə qeydə alındığı bildirilib.

Ayın ən yüksək temperaturu 37,9 dərəcə ilə 30 iyun tarixində müşahidə olunub.

Avropanın bir çox şəhəri isti hava dalğasının təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada da həddindən artıq istilərə qarşı müxtəlif tədbirlər görülüb.

Seçilən
12
50
afn.az

10Mənbələr