Demokrat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 43 nəfər Azərbaycan vətəndaşı müəyyən edilib.
Yekun qərar nəticəsində seçilmiş tələbələr “Shanghai Jiao Tong University”, “Shanghai University”, “Zhejiang University”, “China University of Geosciences”, “Nanjing University of Science and Technology”, “Wuhan University”, “Sichuan University”, “University of International Business and Economics”, “Hubei University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.
10Sources
-
xezerxeber.azAzərbaycandan 43 tələbə Çində təhsil alacaqVİDEO ( 18960841)
-
afn.azSuriyanın qərbini güclü meşə yanğınları bürüyüb ( 18959344)
-
sia.azVarşava yaxınlığında 200 dən çox mənzil yanıb ( 18956896)
-
sia.azVarşava yaxınlığında 200-dən çox mənzil yanıb ( 18956890)
-
yeniazerbaycan.comAlmaniyada meşə yanğınları davam edir ( 18956566)
-
ulusum.azİstanbul yaxınlığında meşə yanğını – 700 nəfər səfərbər olundu, 50 ev boşaldıldı ( 18953359)
-
icma.azAlmaniyada meşə yanğınları davam edir ( 18953224)
-
azertag.azAlmaniyada meşə yanğınları davam edir ( 18951298)
-
hafta.azKaliforniyada magistral yol bağlanıb ( 18950593)
-
xalqqazeti.azKaliforniyada güclü meşə yanğınları səbəbindən magistral yol bağlanıb ( 18950239)