AZ

Varşava yaxınlığında 200 dən çox mənzil yanıb

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Varşava ətrafı Zabki şəhərində gecə yanğını təxminən 220 mənzili məhv edib.

SİA-xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğın mənbəyi yaşayış binalarından birinin çardağı olub. Yanğın sürətlə yayılaraq yaxınlıqdakı tikililəri bürüyüb. Yanğının söndürülməsində 60 ədəd xüsusi texnikadan istifadə etməklə 300-ə yaxın yanğınsöndürən iştirak edib.

500-ə yaxın sakin təxliyə edilib, yanğını tam söndürmək bir neçə saat çəkib.

Dərc edilmiş məlumatlar yüngül xəsarətlər almış dörd qurbandan bəhs edir: üçü yanma məhsullarından zəhərlənib, yanğınsöndürənlərdən biri isə ayaq biləyindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Çeslav Sekierski vurğulayıb ki, qurbanlar həm dövlət, həm də yerli hakimiyyət orqanlarının dəstəyinə arxalana bilərlər.

İlkin olaraq 8 min zlotıya qədər ödənişlər nəzərdə tutulur, gələcəkdə əlavə yardım göstərmək imkanı var.

Sekierski onu da qeyd edib ki, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi yay aylarında Polşada ümumi problemdir və yanğınlara səbəb ola bilər. İsti mövsümdə kondisionerlərin və digər elektrik cihazlarının aktiv istifadəsi şəbəkəyə yükü əhəmiyyətli dərəcədə artırır və qış dövrü ilə müqayisədə onu daha həssas edir.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
38
sia.az

10Mənbələr