Meşə yanğınları Suriyanın qərbində bir neçə əyaləti əhatə edib. Güclü külək və temperaturun artması səbəbindən yanğın zonası genişlənməkdə davam edir.
AFN.az xəbər verir ki, bunu ölkənin müvəqqəti hökumətdəki fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Raed əl-Saleh bildirib.
"Latakiya əyalətindəki meşə yanğınları getdikcə daha geniş ərazini əhatə edir: buna səbəb güclü küləklər və temperaturun artmasıdır. Biz artıq ora bir neçə əlavə yanğınsöndürmə briqadası göndərmişik", - deyən Əl-Saleh onu da qeyd edib ki, söndürmə prosesi alovlara bürünən ərazilərin bərk-bərabər ərazidə yerləşməsi ilə çətinləşir.
Öz növbəsində, Suriya Mülki Müdafiə Qüvvələri (keçmiş Ağ Dəbilqəlilər) xəbər verir ki, Latakiyada da yanğınlar su mənbələrindən uzaq olması və vilayətdə silahlı münaqişələrdən sonra qalan sursatların partlaması səbəbindən genişlənir. Xilasedicilərin sözlərinə görə, alov artıq Latakiyada meşələrə, kənd təsərrüfatı sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub.
Suriya Mülki Müdafiəsi bildirib ki, yanğın paytaxt Dəməşqdə də prezident sarayının yaxınlığında baş verib. Hazırda yanğın söndürülüb, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb, onun səbəbləri araşdırılır.