Polşa hökuməti Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti ilə 180 ədəd K2 tankının tədarükü barədə müqavilə imzalayıb. Polşa bunun əvəzində Ukraynaya köhnəlmiş sovet T-72 tanklarını göndərəcək.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Kiyev Rusiya ordusu ilə döyüşlərdə texnikada ağır itkilər verir. Polşa da bu itkiləri kompensasiya etməyə çalışır. Onun üçün Ukrayna Silahlı Qüvvələrini köhnəlmiş T-72 tankları ilə təchiz etməyə çalışır.
Varşava və Kiyev arasında sazişin imzalanması köhnəlmiş tankların Ukraynaya çatdırılma tempinin saxlanmasını təmin edəcək.
Bəxtiyar CƏFƏRLİ