AZ

İsveçrənin Ukraynaya göndərilməsini qadağan etdiyi Leopard 1 tanklarının taleyi məlum oldu

Almaniyanın Rheinmetall müdafiə konserni Leopard 1A5 tanklarını Ukraynaya göndərməyəcək. Tanklar ehtiyat hissələr üçün istifadə olunacaq.

Herbiand.az bildirir ki, bu barədə German Aid to Ukraine məlumat yayıb.

Rheinmetall tərəfindən İsveçrənin RUAG şirkətindən aldığı 96 ədəd Leopard 1A5 tanklarının gələcəyi ilə bağlı müzakirələr aylardır davam edirdi. Nəhayət, vəziyyət aydın oldu: texnikalar Ukraynaya verilməyəcək. Onlardan bütün dünyada oxşar nəqliyyat vasitəsinin ehtiyat hissələri kimi istifadə olunacaq.

İsveçrə qanunvericiliyinə görə, aktiv münaqişə zonalarına silahların təkrar ixracı qəti şəkildə qadağandır.

Rəsmi olaraq Ukraynaya hələlik, 103 Leopard 1A5 tankının təhvil verilməsi məlumdur. İlin sonuna qədər daha 32 tankın verilməsi gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr