BAKI, 27 iyun. TELEQRAF
Polşa istismardan çıxarılan MiQ-29 qırıcılarını tədricən Kiyevə təhvil verməklə Ukraynaya hərbi yardımı davam etdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
“Varşava Polşa ordusunda xidmətdən çıxarılan MiQ-29-ları mərhələli şəkildə təhvil verməklə, Ukraynaya hərbi yardıma öz töhfəsini verəcək”, - nazir bildirib.
Sikorski Varşavanın dəqiq nə vaxt bunu etməyə hazır olacağını və ya sovet təyyarələri üçün əvəzedicilər əldə edə bilib-bilməyəcəyini dəqiqləşdirməyib.