ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının mərkəzi küçələrinin birində yol nişanlarının görünməməsi sürücülər üçün ciddi təhlükə yaradır. Avtosfer.az-ın qaynar xəttinə daxil olan görüntülərdə aydın şəkildə görünür ki, ağacın budaqları yol nişanlarının qarşısını kəsib.
Qeyd edək ki, videogörüntü Mustafa Topçubaşov küçəsilə Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.
Yolun sağ tərəfində yerləşdirilmiş sola məcburedici və stop nişanı demək olar ki, görünməz vəziyyətdədir. Bu isə sürücülərin həmin nişanı vaxtında görməsinə və düzgün qərar verməsinə əngəl yaradır. Yolun qarşı tərəfində isə “giriş qadağandır” nişanı quraşdırılıb və bu da küçənin bir istiqamətli olduğunu göstərir. Lakin yolayrıcı qarşısındakı məcburi hərəkət istiqaməti nişaydın görünmədiyindən, sürücülər bilmədən qayda pozuntusuna yol verə bilər.
Bu cür hallar yalnız qayda pozuntularına deyil, həm də qəza risklərinin artmasına səbəb olur.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.