EN

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,07 ABŞ dolları və ya 1,45% artaraq, 74,68 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,1 dollar və ya 1,52%bahalaşaraq 73,43 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,09 dollar və ya 1,9% artaraq, 58,53 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 1,29 dollar və ya 1,85%artaraq, 71,14 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
3
44
az.trend.az

10Sources