EN

Xabi Alonsonun Rodriqo ilə bağlı planı bəlli oldu

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real"ın baş məşqçisi Xabi Alonso və klub rəhbərliyi Rodriqonun bu yay komandanı tərk edəcəyini istisna etmir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu getmək istəsə, klub onun qarşısını kəsməyəcək. Rodriqonun agentləri futbolçunun "Real"dakı hazırkı durumundan narazıdırlar.

Bir müddət əvvəl mətbuatda "Arsenal"ın braziliyalı üçün 70 milyon funt sterlinq (81,2 milyon avro) ödəməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Rodriqo ötən mövsüm 51 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
45
sport24.az

10Sources