“Real”ın baş məşqçisi Xabi Alonso Klublararası Dünya Çempionatında “Zalsburq”u məğlub etdikləri (3:0) oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis FIFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Oyundan və nəticədən razıyam. Qrupu lider kimi bitirdik və pley-offa yüksəldik. Növbəti rəqibimiz “Yuventus” Avropanın köklü klublarındandır. Yaxşı komandadırlar və çətin oyun olacaq”.
“Real” – “Yuventus” oyunu iyulun 1-də olacaq.