“Real”ın baş məşqçisi Xabi Alonso 2025-ci il FIFA Klub Dünya Kubokunun “Yuventus”la 1/8 final oyununu (1:0) şərh edib.
Arena.az 43 yaşlı ispan mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:
“Mən nəticədən və oyundan çox məmnunam. Düşünürəm ki, biz bir saatın ilk dörddə birindən sonra oyunun gedişinə nəzarət edirdik, amma bizə xeyli səy göstərmək gərək oldu. “Yuventus” mərkəzi yükləyirdi, cinahlar isə azad idi. Biz oyunu cinahlara çəkmək və orada təzyiqi artırmaq istəyirdik, buna müvəffəq olduq”, deyə Xabi Alonso “qaymaqlılar”ın qələbə taktikasını açıqlayıb.
Beləliklə “Yuventus” klublararası dünya çempionatı ilə vidalaşıb. “Real”ı isə yarışın 1/4 final mərhələsinə yüksəlib və burada Dortmund “Borussiya”sı ilə mübarizə aparacaq.