EN

Rusiyanın müharibədə uduzmasına imkan verə bilmərik - Çin rəsmisi

Çin xarici işlər naziri Van Yi Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasa bildirib ki, Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə məğlub olmasına imkan verə bilməz. Bu barədə South China Morning Post mənbələrə istinadla yazır.

Məlumata görə, Çin Rusiyanın uduzacağı təqdirdə ABŞ-ın bütün diqqətini Çinə yönəldəcəyindən ehtiyat edir.

Van Yi həmçinin bildirib ki, Pekin nə maliyyə, nə də hərbi baxımdan Rusiyaya yardım göstərmir.

“Əgər biz doğrudan da kömək etsəydik, bu müharibə çoxdan bitmişdi,” –  o bildirib.

Brüsseldə keçirilən dörd saatlıq görüş zamanı Van Yinin Kallasın sözünü kəsməsi və “tarix dərsləri” keçməsi bəzi Aİ rəsmiləri tərəfindən “real siyasət dərsi” kimi qiymətləndirilib.

N.Təbrizli

Chosen
11
16
anews.az

10Sources