Ajans.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla söhbəti zamanı bildirib. Çinin “South China Morning Post” nəşri mənbələrə istinadən yazır ki, bu mövqeyin səbəbi Çinin ABŞ-nin Rusiyadan sonra bütün diqqətini Pekinə yönəldəcəyindən ehtiyat etməsi ilə bağlıdır. Nəşr qeyd edir ki, Çin Xarici İşlər Nazirliyi (XİN) müntəzəm olaraq ölkənin Rusiya-Ukrayna müharibəsinin tərəfi olmadığını vurğulayır. Buna da görə də nazirin səmimi açıqlaması Aİ rəsmilərinin təəccübünə səbəb olub. Bununla belə, Van Yi Çinin Rusiyaya maliyyə və ya hərbi dəstək verməsi ilə bağlı ittihamları rədd edib. Rəsmi Pekinin iddialarına görə, əgər belə olsaydı, münaqişə çoxdan bitmiş olardı.
"Vanın Brüsseldəki bəyanatını belə şərh etmək olar ki, Çin müharibə istəməsə də, ABŞ Ukraynada olduğu müddətdə müharibənin davam etməsi Pekinin strateji ehtiyaclarına uyğun ola bilər", - müəlliflər əlavə edirlər.