EN

Kuril adalarında 5,5 maqnitudalı zəlzələ baş verdi

BAKI. 4 iyul. TELEQRAF

Mütəxəssislər Kuril adaları yaxınlığında 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.

"Zəlzələnin ocağı Yerin 166 km dərinliyində olub", - məlumatda deyilir.

Yeraltı təkanların episentri Simuşir adasından 61 km cənub-qərbdə yerləşib.

Chosen
20
2
teleqraf.com

10Sources