Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sakit okeanda Kuril adalarının cənub sahillərində zəlzələ baş verib.
Doğru.az xəbər verir ki, Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın verdiyi məlumata görə, yeraltı təkanların maqnitudası 5,5 bal olub.
O, RIA Novosti-yə açıqlamasında bildirib ki, zəlzələnin episentri yaşayış olmayan Simuşir adasından 61 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların mənbəyi 166 kilometr dərinlikdə qeydə alınıb.
Doğru.az xəbər verir ki, hadisə ilə eyni gündə — iyulun 2-də Yaponiya hökuməti də ictimaiyyətə Nankay qırılması boyunca güclü zəlzələ riski ilə bağlı xəbərdarlıq edib.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.