AZ

Kuril adaları yaxınlığında zəlzələ olub

Kuril adaları yaxınlığında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti məlumat verib.

"Zəlzələ 166 km dərinlikdə baş verib, maqnitudası 5,5-dir", - məlumatda deyilir.

Zəlzələnin episentri Simuşir adasından 61 km cənub-qərbdə yerləşib. Hələlik onun hiss edilməsi barədə məlumat daxil olmayıb.

Seçilən
17
2
report.az

10Mənbələr