EN

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

Növbəti mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi “Pakş”la gücünü sınayıb.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Bayquşlar"ın heyətində Neqoş Kupusoviç dubl edib, daha bir dəfə Abdulla Xaybulayev fərqlənib. 

Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında Rumıniya "Rapid"i ilə heç-heçə etmişdi - 2:2.

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah" I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da Bakıda, cavab matçı 17-də səfərdə baş tutacaq.

Chosen
26
50
fanat.az

10Sources