AZ

Pedro Qomes “Kəpəz”də - Rəsmi

Bu yay Portuqaliyanın “Boavişta” klubundan azad agent kimi ayrılmış Pedro Qomes bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu 2027-ci ilin 30 iyununadək “Kəpəz”in uğurları üçün çalışacaq. O, yeni klubuna azad agent kimi cəlb edilib.

Pedro Qomes futbola “Amora” klubunda başlayıb. Lissabon “Sportinq”inin, Lissabon “Atletiko”sunun, “Barreyrense”nin də formasını geyinmiş futbolçu “Boavişta”nın əsas komandasında 22 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliiyyəti ilə diiqqət çəkməyib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Şakir Seyidovu da heyətinə qatmışdı. Mahamadu Ba və Paçu Lira klubla yeni müqavilə bağlayıblar. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov isə Gəncə təmsilçisini tərk ediblər.

Seçilən
11
8
arena.az

10Mənbələr