EN

“Atletiko” “Tottenhem”lə anlaşa bilmir

“Atletiko” “Tottenhem”in müdafiəçisi Kristian Romeronu transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Atletiko” rəhbərliyi 27 yaşlı argentinalının transferi üçün 55 milyon avro ödəməyə hazırdır. “Tottenhem” isə 70 milyon istəyir.

Madrid klubu ilə londonlular arasında danışıqlar qışdan davam edir.

2024/25 mövsümündə Romero “Tottenhem”in heyətində 26 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

 

Chosen
5
50
idmanxeber.az

10Sources