“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu klubdan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. 26 yaşlı yapon 2021-ci ildən londonluların şərəfini qoruyur.
O, 84 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Zədə səbəbindən müdafiəçi cəmi 1 matçda iştirak edərək ötən mövsümün böyük hissəsini buraxıb.
“Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 18 milyon avro qiymətləndirir.