EN

A Seriyası klubunda yeni baş məşqçi

İtaliyanın “Kremoneze” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, yenidən A Seriyasına yüksələn komandanı Davide Nikola çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Davide Nikolanın son iş yeri “Kalyari” olub. O, ötən ay bu komandadan ayrılıb.

Chosen
16
8
msport.az

8Sources