AZ

İtaliya klubunun baş məşqçisi dəyişdi

İtaliyanın “Kremoneze” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Busaat.az xəbər verir ki, A seriyasına yüksələn komandanı Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Nikolanın son iş yeri “Kalyari” olub. O, ötən ay bu komandadan ayrılıb.

Seçilən
15
8
busaat.az

9Mənbələr