EN

“Qəbələ” rəsmisi: "Onlara baxmaq əlavə xərc tələb edir"

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı klubun akademiyasının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, o, bu barədə “Report”a açıqlama verib.

Səfiyarlı digər bölgələrdə aparılan seleksiya işlərinin məhdudlaşdırıldığını söyləyib: "Əslində heç bir komanda ləğv olunmayacaq. Çünki lisenziyalaşdırmanın şərtlərinə riayət edilməlidir və aşağı yaş qruplarından ibarət komandalar formalaşmalıdır. Sadəcə, əvvəl kənardan futbolçular gətirirdiksə, daha bu olmayacaq. Ötən mövsüm AFFA 700 min manat ayırmışdı. Amma bu, tam olaraq kifayət etmirdi. Təbii ki, AFFA-nın borcu deyil yardım etmək. Klub rəhbərliyi Zaqatalada, Beyləqanda, İmişlidə, Qusarda və digər bölgələrdə olan istedadlı uşaqların itib-batmaması üçün çalışırdı, onları akademiyaya dəvət edirdi. Uşaqları 12-13 yaşlarından akademiayaya dəvət edirdik. Ötən il akademiyada 52 uşaq qalırdı. Hər biri normal qidalanır, məşq edirdilər. İndi isə onları akademiyada saxlamaqla bağlı çətinliklər yaranıb".

Klub rəsmisi akademiyanın nəzdində olan meydançaların durumu ilə də bağlı danışıb: "Təbii ki, meydançaları saxlamaq da müəyyən maliyyə tələb edir deyə, bu məsələyə də baxılacaq. Hazırda 6 meydançamız var. Müəyyən hissəsini bağlaya da bilərik. Akademiyanın fəaliyyəti məhdudlaşdırıldığı üçün onlara baxmaq da əlavə xərc tələb edir".

Qeyd edək ki, "Qəbələ" rəhbərliyi klubun Futbol Akademiyasının fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırıldığını açıqlayıb.

İdman.biz

Chosen
10
24
idman.biz

10Sources