AZ

“Qəbələ”dən daha bir transfer

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

İdman.biz xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qara” formanı geyinəcək.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub.

O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.

İdman.biz

Seçilən
17
13
idman.biz

10Mənbələr