EN

Ölən direktor Hökümənin bibisi oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.

 

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 40 yaşlı müəllim yük avtomobilinin altında qalıb.

 

2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor "Səma Mələyi" kitabının da müəllifidir.

 

Məqaləyə dair fotomateriallar:

Chosen
10
10
sfera.az

10Sources