AZ

Ölən direktor Hökümənin bibisi oğlu imiş -

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.Metbuat.az-ın məlumatına görə, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 50 yaşlı müəllim yük avtomobilinin altında qalıb. 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor “Səma Mələyi" kitabının da müəllifidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
14
10
metbuat.az

9Mənbələr