ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yevlax stadionunda təmir işləri davam edir". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev deyib.Klub rəsmisi arenadakı işlərin nə vaxt yekunlaşacağının dəqiq vaxtının bilinmədiyini də vurğulayıb:"İşlərin nə vaxt yekunlaşacağı barədə məlumatım yoxdur. Arenanın qazonun dəyişdirilməsi ilə yanaşı, paltardəyişmə otaqları da təmir olunur. İşlərin nə vaxt başa çatacağını yaxın 3-4 gündə biləcəyik".Qeyd edək ki, klub təmir işlərinə başladığını ilk dəfə iyunun 3-də açıqlamışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.