EN

Tramp gələn həftə Afrika liderləri ilə sammit keçirəcək

ABŞ prezidenti Donald Trampın Afrika liderləri ilə ilk sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, Vaşinqtona Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərinin gələcəyi gözlənilir.

Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, payızda daha böyük ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Sammitin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir. 

Gülşən Şərif

Chosen
34
13
bakivaxti.az

10Sources