AZ

Tramp Afrika liderləri ilə ilk sammiti iyulda keçirəcək

Tramp Afrika liderləri ilə ilk sammiti iyulda keçirəcək

ABŞ prezidenti Donald Trampın Afrika liderləri ilə ilk sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

AFN.az xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, payızda daha böyük ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Növbəti tədbirin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.

Seçilən
32
13
afn.az

10Mənbələr