EN

Filippo: Avropa Ukraynaya silah tədarükünü dayandırmalıdır

Filippo:

Avropada Trampın ardınca Ukraynaya silah tədarükünün dayandırılmasına çağırış edildi.

Xalqcebhesi.az xəbər verir ki, Fransa “Vətənpərvərlər” partiyasının lideri Floryan Filippo sosial şəbəkə “X”dəki paylaşımında Avropa ölkələrini ABŞ-ın sabiq prezidenti Donald Trampın nümunəsini izləməyə və Ukrayna Silahlı Qüvvələrinə hərbi tədarükü dayandırmağa çağırıb.

“Səbr tükəndi! Gəlin Trampın Ukraynaya bütün hərbi və maliyyə dəstəyini dayandırmaq qərarından faydalanıb sülhü bərpa edək!” – deyə Filippo bildirib.

Onun sözlərinə görə, avropalılar Kiyevi maliyyələşdirməyə davam edir ki, “rejimə yaxın olanlar dünyada lüks villalar və bahalı avtomobillər ala bilsinlər”.

Məryəm Quliyeva

Chosen
63
50
xalqcebhesi.az

10Sources