AZ

Fransalı siyasətçilərdən hökümətə çağırış: Ukraynaya yardımı dayandırın!

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot ölkəsinin Ukraynaya hərbi və maliyyə yardımını dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsindəki paylaşımda qeyd edib.

“Fransa artıq bu ölkəyə avro və ya silah göndərməklə bu qırğında şərik olmaqdan əl çəkməlidir”, - Filippot yazıb.

O, Ukrayna təhlükəsizlik qüvvələrinin bir nəfəri əllərindən tutaraq yerdə sürüyüb maşına mindirdiyi videoya istinadla Ukraynadakı vəziyyəti tənqid edib. Siyasətçi bu görüntülərin ciddi suallar doğurduğunu vurğulayıb və rəsmi Parisin bu istiqamətdə siyasətini dəyişməsinin vacibliyini qeyd edib.

Florian Filippot Ukraynaya yardımların əleyhinə çıxan yeganə fransız siyasətçi deyil. Ondan əvvəl “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan da Ukraynada tətbiq olunan məcburi səfərbərliyi kəskin tənqid etmişdi. O, Qərbi "gözlərini açmağa" və Ukraynadakı real vəziyyəti düzgün qiymətləndirməyə çağırmışdı.

Hər iki siyasətçi Fransanın Ukrayna siyasətinə qarşı daha sərt və tənqidi mövqe sərgiləyən müxalif liderlər sırasındadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
50
sherg.az

10Mənbələr