Almaniya tezliklə iki “Patriot” sistemini Ukraynaya göndərməyə hazır olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, almanlar ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə bu hava hücumundan müdafiə sistemlərini yeniləri ilə əvəz etmək üçün praktiki olaraq razılığa gəliblər:
“Almaniya və ABŞ arasında müqavilə Ukraynaya iki “Patriot” batareyasının göndərilməsini nəzərdə tutur. Onlar ABŞ-ın sənaye ehtiyatları ilə əvəz olunacaq”.