
Qvardiya general-mayoru, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkov Kursk vilayətində həlak olub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako öz “Telegram” kanalında məlumat verib.
Ukrayna ordusu Kursk bölgəsində Yüksək rütbəli zabitin də olduğu komanda məntəqəsinə ən azı dörd raket zərbələri endirib.