AZ

Rusiya HDD baş komandanının müavini Mixail Qudkov öldürüldü

Rusiya HDD baş komandanının müavini Mixail Qudkov öldürüldü

Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ordusunun raket zərbəsi nəticəsində ölüb.

AFN.az xəbər verir ki, hadisə iyulun 1-də baş verib. Rusiya dəniz piyadalarının Kursk vilayəti ərazisindəki qərargahına Ukrayna ordusu tərəfindən dəqiq zərbə endirilib. Nəticədə həmin vaxt orada olan Mixail Qudkov və daha bir neçə yüksək rütbəli zabit ölüb.

Əvvəl 155 saylı dəniz piyadaları briqadasının komandiri olan “Rusiya qəhrəmanı” M.Qudkov mart ayında Putin tərəfindən Hərbi Dəniz Donanmasının baş komandan müavini təyin olunmuşdu. O, müharibə başlayandan bəri öldürülən ən yüksək vəzifəli Rusiya hərbçilərindən biridir.

Qeyd edək ki, Qudkovla birlikdə Nəriman Şıxəliyev adlı zabit də ölüb.

Seçilən
11
12
afn.az

10Mənbələr