AZ

Ukrayna Rusiya ordusunun daha bir generalını məhv etdi

Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ordusunun Kursk vilayətinin Korenevo qəsəbəsi ərazisindəki komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində ölüb. 

Missiya.Az xəbər verir ki, dəqiq endirilən zərbə nəticəsində onunla birlikdə daha bir neçə yüksək rütbəli zabit həyatını itirib.

Məlumata görə, Qudkov əvvəllər Rusiyanın 155 saylı dəniz piyadaları briqadasının komandiri olub. Bu ilin mart ayında Rusiya Rezidenti Vladimir Putin tərəfindən Hərbi Dəniz Donanmasının baş komandan müavini təyin olunub. O, dəniz piyadaları qüvvələrində islahat prosesinə rəhbərlik edib.

Qeyd edək ki, Ukraynadakı müharibə başlayandan bəri Rusiya ordusunun onlarla generalı həlak olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
12
missiya.az

10Mənbələr