İran Prezidenti Məsud Pezeşkian İranın milli simvolları və tarixi abidələri, o cümlədən Əhəmənilər imperiyasının paytaxtı Persepolis qalıqlarını əks etdirən video yayıb.
KONKRET.az xəbər verir ki, prezident fars miliyyətçiliyi simvollarını əks etdirən videonu özünün X səhifəsində paylaşıb.
“İran mədəniyyəti və sivilizasiyasının mərkəzində bəşəriyyətin ağrısını azaltmaq üçün çoxlu təcrübələrimiz var”, – Pezeşkian paylaşımına əlavə edib.
Qeyd edək ki, İsrail-İran toqquşmasından sonra İran mediasında dini simvolların bir qismi ləğv edilib, onları fars miliyyətçiliyini əks etdirən simvollar əvəz edib.