AZ

Pezeşkian Əhəməni simvollarını paylaşdı

İran Prezidenti Məsud Pezeşkian İranın milli simvolları və tarixi abidələri, o cümlədən Əhəmənilər imperiyasının paytaxtı Persepolis qalıqlarını əks etdirən video yayıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, prezident fars miliyyətçiliyi simvollarını əks etdirən videonu özünün X səhifəsində paylaşıb.

“İran mədəniyyəti və sivilizasiyasının mərkəzində bəşəriyyətin ağrısını azaltmaq üçün çoxlu təcrübələrimiz var”, - Pezeşkian paylaşımına əlavə edib.

Qeyd edək ki, İsrail-İran toqquşmasından sonra İran mediasında dini simvolların bir qismi ləğv edilib, onları fars miliyyətçiliyini əks etdirən simvollar əvəz edib.


Seçilən
11
50
news24.az

10Mənbələr