“Mehr” agentliyi xəbər verir ki, İran prezidenti Pezeşkian azad edilmiş Qarabağa səfər etməzdən əvvəl “region ölkələri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib”. İran prezidenti ümidvar olduğunu bildirib ki, onun səfəri qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə, regional sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də qonşu dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək. “Region ölkələri arasında koordinasiya və əməkdaşlıq nə qədər yüksək olarsa, düşmənlərin bölgədəqeyri-sabitlik yaratmaq istəyidə bir o qədər az olar”, - deyəPezeşkian bildirib.
Surxay Əliyev