EN

ABŞ ın Kaliforniya ştatında pirotexnika zavodunda partlayış nəticəsində 7 nəfər itkin düşüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının şimalında pirotexnika zavodunda baş verən yanğın və güclü partlayış nəticəsində 7 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, yerli xəbər agentlikləri tərəfindən yayılan hava görüntüləri iyulun 2-də axşam saatlarında ştatın paytaxtı Sakramentodan təxminən 64 kilometr qərbdə yerləşən Yolo qraflığının Esparto şəhəri ətrafında geniş ərazini silkələyən partlayış nəticəsində anbara bənzər böyük bir binanın dağıldığını göstərir.

“Reuters” agentliyi xəbər verir ki, qatı qara tüstü dumanı əmələ gətirən partlayışın ardından hadisə yerində onlarla kiçik partlayış baş verib. Görünür, pirotexnika həmin ərazidə saxlanılıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin sözçüsü Ceyson Kleyin sözlərinə görə, partlayış nəticəsində yaranan alovlar ətrafdakı bitki örtüyünün təxminən 80 akr (32 hektar) sahəsini külə çevirib. İki nəfər yaralanıb, daha yeddi nəfər itkin düşüb. Bu barədə Esparto dairəsinin yanğınsöndürmə xidmətinin rəisi Kertis Lourens təxminən hadisədən 24 saat sonra çərşənbə günü keçirdiyi brifinqdə jurnalistlərə bildirib. O, hadisə yerinin ətrafında evakuasiya zonası yaradıldığını və insident nəticəsində 150-yə yaxın ev və fermanın işıqsız qaldığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
50
azertag.az

10Sources