AZ

Romada güclü partlayış, yaralananlar var - VIDEO

İtaliyanın paytaxtı Roma şəhirində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər yaralanıb. Yaralananlar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.

Bildirilib ki, partlayış yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub. Partlayışın məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur.

Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, partlayışdan yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.

Seçilən
15
23
gundem.az

10Mənbələr