EN

Xankəndi və Balakəndə kanat xətlərinin layihələndirilməsinə 1,4 milyon vəasit ayrıldı

BAKI, 3 iyul. TELEQRAF

"Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) "ArchiCO Project" MMC ilə 2 müqavilə üzrə toplam 1 milyon 477 min 360 manatlıq razılaşma əldə edib.

Teleqraf xəbər verir ki, Xankəndi və Balakən şəhərlərində tikintisi nəzərdə tutulan kanat xəttinin layihələndirilməsi "ArchiCO Project" MMC-yə həvalə olunub. AYNA Xankəndi şəhərində kanat yolunun layihələndirilməsinə 1.209 500 manat, Balakən şəhərində kanat yolunun layihələndirlməsinə isə 267 860 manat vəsait ayırıb.

Hər iki müqavilə üzrə müvafiq işlərin icrasına 21 iyun tarixində başlanılıb, bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, sözügedən şirkət daha əvvəl Şahdağ Turizm Mərkəzinin, eyni zamanda Laçın şəhərinin kanat yolu xətlərini layihələndirilməsini həyata keçirib.

Chosen
45
50
teleqraf.com

10Sources