1/4 final mərhələsinə sabahdan start veriləcək klublararası dünya çempionatında potensial qalib müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, superkompüter "OptaAnalyst" komandaların şanslarını dəyərləndirib. Yarımfinala çıxan komandalar "Çelsi", PSJ, "Real Madrid" və "Bavariya" olacaq. Bu mərhələdə isə "Çelsi" və PSJ arasında həlledici final oyunu keçiriləcək. Proqnozlara görə, İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirməsinə baxmayaraq "Çelsi" 26,8% üstünlüklə titula yiyələnəcək.

Digər şanslar isə aşağıdakı kimidir:

1. "Çelsi" - 26,8%

2. PSJ - 24,9%

3. "Real Madrid" - 16,9%

4. "Bavariya" - 14,8%

5. "Borussiya Dortmund" - 7,6%

6. "Əl Hilal" - 4,3%

7. "Palmeyras" - 3%

8. "Fluminense" - 1,5%