EN

“Fənərbağça” PSJ-nin “qapısını döydü”: Ona görə

“Fənərbağça” ispaniyalı yarımmüdafiəçi Marko Asensio üçün PSJ-yə 15 milyon avroluq rəsmi təklif göndərib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.

Futbolçunun Paris klubu ilə qüvvədə olan müqaviləsinin başa çatmasına 1 il qalıb. Qeyd olunur ki, bundan istifadə edən İstanbul klubunun baş məşqçisi Joze Mourinyo artıq Asensio ilə şəxsi görüş keçirib və onu komandasına keçməyə razı salmağa çalışıb.

Asensio ötən yay “Real”dan PSJ-yə azad agent kimi keçmişdi. 2024/25 mövsümününün ikinci yarısını o, icarə əsasında İngiltərənin “Aston Villa” klubunda keçirdi və 21 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.

Chosen
12
5
publika.az

10Sources