EN

Saratov hava limanı uçuşların gəliş-gedişini məhdudlaşdırıb

Saratovdakı Qaqarin hava limanı müvəqqəti olaraq təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb...

Poliqon xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu tədbir mülki avialaynerlərin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün lazımdır. Aeroportun fəaliyyətinin dayandırılması ilə bağlı yazı saat 6:10-da dərc olunub.

Bundan əvvəl də Tambovdakı Donskoye hava limanında oxşar məhdudiyyətlər tətbiq edilib.

Poliqon.info 

Chosen
31
8
poliqon.info

10Sources