Rusiyanın Nijni Novqorod hava limanında təyyarələrin uçuşu və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
7Times.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Nijni Novqorod hava limanına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda qeyd olunub.
***
“Rosaviasiya”dan bildirilib ki, Pskov hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib.