AZ

Pulkovo hava limanı fəaliyyətini müvəqqəti dayandırıb...

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin gəlişi və gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.

Məhdudiyyətlər bazar günü saat 17:00 radələrində tətbiq edilib.

...Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Pulkovo hava limanında onların gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib, - Korenyako yazıb.

Rosaviasiya məhdudlaşdırıcı rejimin səbəblərini açıqlamayıb. Bazar günü saat 15:30 radələrində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko PUA-ların təhlükəsi barədə danışıb.

...Leninqrad vilayətinin hava məkanında PUA təhlükəsi elan edilib. Bəzi ərazilərdə siqnal 4G-dən 2G-yə endirilə bilər.

Bunu region rəhbəri Telegram kanalında yazıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
7
sia.az

10Mənbələr